Bugun...
Dolar: 3.5225
Euro : 4.1378

Konuk Yazar


Mehemmed Nerimanoğlu


Facebookta Paylaş









“Keçmişdən-gələcəyə Çanaqqala ruhu”yla
Tarih: 04-05-2015 16:17:00 Güncelleme: 04-05-2015 16:17:00


Tarixdən məlum olduğu kimi, “Çanaqqala zəfəri” Birinci Dünya müharibəsi əsnasında 1915-1916-cı illərdə Osmanlı dövləti ilə Antanta  arasında baş vermiş dəniz və quru döyüşlərinin nəticəsidir.
Azərbaycan Dövlət Filarmoniyasında Milli QHT Forumu, Türk İşbirliyi və Koordinasiya Alyansının Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə  keçirilən, Azərbaycan və Türkiyə şəhidlərinin “Keçmişdən-gələcəyə Çanaqqala ruhu” adlı  anım tədbirində bu barədə ətraflı məlumat verildi.
Tədbirin aparıcısı, xalq artisti, bədii qiraət ustası Ağalar Bayramovun təqdimatından sonra çıxış edən Milli QHT Forumunun sədri Rauf Zeyni, Türkiyə Cümhuriyyətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun, Azərbaycan Respublikası Prezident Administrasiyası  İctimai Əlaqələr şöbəsinin məsul  əməkdaşı Rasim Mirzəyev, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin təmsilçisi Saadettin Topukçu, Azərbaycan Atatürk Mərkəzinin sədri, millət vəkili, akademik Nizami Cəfərov, TİKA-nın başkanı Mustafa Haşım Polat, Milli Məclisin deputatı, AMEA Dünya Siyasəti İnstitutunun direktoru, professor Musa Qasımlı  və digərlərinin çıxışlarında bir daha o illərin ağrı-acılı günləri göz önünə gətirilməklə yanaşı, Türkiyə-Azərbaycan dostluğu və qardaşlığının bu gün də  yüksək səviyyədə davam etdirildiyindən qürur duyulduğu bildirildi.
Qeyd edildi ki, Çanaqqala boğazına girmiş müttəfiq dövlətlərin hücumları müvəffəqiyyətsiz və hər iki tərəfin çoxsaylı, ağır itkilər verməsinə səbəb olmuşdur. Bunu görən müttəfiqlər geri çəkilməyə qərar vermiş və məğlubiyyətlə barışmışdır. Həmin döyüşlər məhvolma həddinə çatmış bir ölkənin möhtəşəm qələbəsi ilə tarixə qızıl hərflərlə həkk  olunaraq əfsanələşmiş və hər bir Türk vətəndaşının yaddaşında əbədi yer almışdır. Türkiyə Cümhuriyyəti qurulduqdan sonra ingilis və fransız donanmalarının geri çəkilməyə məcbur edildiyi tarix – 18 mart Çanaqqala şəhidlərinin anım günü  elan edilmişdir.
Ədəbi-bədii xarakterli anım tədbirində o da xüsusi olaraq vurğulandı ki, Türkiyənin istiqlalının qorunması üçün Çanaqqala döyüşlərində canından keçərək şəhid olmuş azərbaycanlı könüllülər də xalqımızın tarixi yaddaşında özlərinə layiq yer alaraq, sonrakı nəsillərə nümunəyə çevrilmişlər.
Bu il Türkiyə Cümhuriyyəti başda olmaqla, digər türkdilli dövlətlər tərəfindən də saxta, qondarma erməni soyqırımı hadisəsini dünyaya tanıtmaq məqsədi ilə 24 apreldə həmin zəfərin təntənəli şəkildə 100 illiyinin qeyd edilməsi nəzərdə tutulub.
Sonda Gəncliyə Yardım Fondu Himayəçilər Şurasının sədri Ahmet Tecim bəy bir daha ulu öndər Heydər Əliyevin xalqlarımızın və dövlətlərimizin birliyini əks etdirən fikrini tədbir iştirakçılarının nəzərinə çatdırdı: “Ulu öndər Heydər Əliyev demişdir: “Türkiyə-Azərbaycan bir millət, iki dövlətdir”. Biz bu gün bunun bir daha şahidiyik. Hər iki dövlətin başçıları həmin siyasəti uğurla davam etdirir. Yaşasın Türkiyə-Azərbaycan birliyi”!
Çanaqqala zəfərinə həsr olunmuş “Canakkala: savaşdan-zəfərə: qaldırılan bayraqlar bir də enməsin”! şeiri tamaşaçıları özünə elə bənd elədi ki:

Tarixin  azmı olub şanlı səhifəsi,
Torpağımın qan qoxulu nəfəsi?!
Qoy eşitsin kar Avropa bu səsi,-
Burulmazdı Türkün polad biləyi,
Haqqa çatır hər müqəddəs diləyi!

Savaşlardan, zəfərlərdən halımı?
Şərəf  bilib torpaq  üçün  ölümü!
Görməyibmi Koroğlu tək dəlimi,
“Cəngi” üstə   çox zəfərlər çalıbdı,
Daş yaddaşda Türkün adı qalıbdı!

Çıxmaz yaddan Çanaqqala, unutmam!
Savaşlardan üzüağ çıxdıq, utanmam!
Ərşə qalxıb yuxum, daha yatanmam,
Haqq olmayan haqdan elə danışır,-
Avropa ikiüzlüləri bir-biriylə yarışır!

Soyqırımı kim törədib, gör kimə?
Bir yaxşı bax Avropanın “hökmü”nə!
Birə düşüb  hayqıranın kürkünə,
Baş qaldırsın torpaq altdan Atilla,
Haqsızlığa necə dözür, ay Allah?!

Qoy versin əl-ələ ər oğlu ərən,
Tarixin şahidi, zəfərlər görən!
Turanını sevən, ona can verən,
Yatmasın daş altda, baş altında daş,
Əl versin bir-birə, türkdilli, qardaş!

Çanakkala görk deyilmi yağıya,-
Hay verirlər yenə daşnak, dığıya?!
Dönməsin qoy dilim bayatıya, ağıya,
Yazaq Qarabağda zəfər nəğməsin,
Qaldırılan bayraqlar bir də enməsin!

Sonda türk yazıçısı Bahadır Yenişehirlioğlunun Çanaqqala zəfərinə həsr  etdiyi “Eşq cəbhəsi”  kitabı  tədbir iştirakçılarına hədiyyə olundu.  

 



Bu yazı 1917 defa okunmuştur.

FACEBOOK YORUM
Yorum

YAZARIN DİĞER YAZILARI

ÇOK OKUNAN HABERLER
  • BUGÜN
  • BU HAFTA
  • BU AY
645 Okunma
645 Okunma
543 Okunma
529 Okunma
515 Okunma
513 Okunma
494 Okunma
426 Okunma
426 Okunma
425 Okunma
1764 Okunma
1703 Okunma
1158 Okunma
965 Okunma
953 Okunma
920 Okunma
850 Okunma
822 Okunma
816 Okunma
815 Okunma
YAZARLAR
SON YORUMLANANLAR
FOTO GALERİ
  • Şehit abisi Yarbay'ın terörüe isyanı
    Şehit abisi Yarbay'ın terörüe isyanı
  • Teknoloji harikası binalar
    Teknoloji harikası binalar
  • Paylasmak Güzeldir
    Paylasmak Güzeldir
  • Ana kucağı
    Ana kucağı
  • Bebişler
    Bebişler
  • Yurdum İnsanı
    Yurdum İnsanı
  1. Şehit abisi Yarbay'ın terörüe isyanı
  2. Teknoloji harikası binalar
  3. Paylasmak Güzeldir
  4. Ana kucağı
  5. Bebişler
  6. Yurdum İnsanı
FOTO GALERİ
VİDEO GALERİ
  • Haccın farzları ve vekalet
    Haccın farzları ve vekalet
  • Haccın farz olmasının şartları. Kadın, mahremsiz hacca gidebilir mi ?
    Haccın farz olmasının şartları. Kadın, mahremsiz hacca gidebilir mi ?
  • Hacca gitmek kimlere farzdır ?
    Hacca gitmek kimlere farzdır ?
  • Hacca gitmek kimlere farzdır ?
    Hacca gitmek kimlere farzdır ?
  • Haccın fazileti, Önemi
    Haccın fazileti, Önemi
  • Umreye gitmek
    Umreye gitmek
  1. Haccın farzları ve vekalet
  2. Haccın farz olmasının şartları. Kadın, mahremsiz hacca gidebilir mi ?
  3. Hacca gitmek kimlere farzdır ?
  4. Hacca gitmek kimlere farzdır ?
  5. Haccın fazileti, Önemi
  6. Umreye gitmek
VİDEO GALERİ
YUKARI