Bugun...
Dolar: 4.0466
Euro : 4.9834

Konuk Yazar


Gülnare SADİQ


Facebookta Paylaş









Aciz kişinin sonsuz qadını… (esse) GÜLNARƏ Sadiq
Tarih: 16-11-2015 13:18:00 Güncelleme: 16-11-2015 13:18:00


Əvvəllər nənəm deyərdi ki, kişilik at belində tüfəng oynatmaqla, göstərilən qəhrəmanlıqlarla, hər yerdə qazanılan hörmətlə ölçülərdi. Hətta sadə kənd uşaqları var imiş ki, bəy balaları onların kişiliyini nümunə gətirərmiş. O zamanlar sonsuz sözünü yalnız uşaqsızlara deyirlərmiş. Hətta sonsuz – uşaqsız adamların qəlblərinə dəymirdilər ki, tək adamdı, nə edərsə, etsin, fikir verməyin. Hə, bir də evdə qalmış qızlar var idi ki, səksən yaşa çatdıqlarına baxmayaraq, hər gecə AĞ GƏLİNLİK xəyalı ilə yatırlarmış…
 Zaman keçdi, nənəmin dünyasında yaşayanların yarısı öldü, yarısı qocaldı. Onlar aradan çıxan kimi dünyanın içində başqa bir dünya yarandı. İndi at belində qəhrəmanlıq göstərənlərə kişi demirlər. İndi məzlumun kürəyində at oynadanlara kişi deyirlər. Və ən əsası da budur ki, bunların dünyalarında yaşayan qadınları ya xəyanət edir, ya da qucağı uşaqlı sonsuz qadına çevrilirlər. Bir maraqlı nüans da var ki, indiki dünyada evdə qalmış qızların yerini boşanmış cavan gəlinlər alıb. Elə bunların da çoxu qucağı uşaqlı sonsuzlardı. Çünki bunlar ərə gedib, yuva qurmaq istəyəndə qucaqlarındakı uşağı ya zibil qabına, ya məscidə, ya da ki, – bəzən bir az “ağıllı”ları isə uşaq evlərinə qoyub gedirlər. Beləcə də uşaqlı sonsuzların sayı evdə qalmış qızların sayını ötüb-keçib. İnsanlar böyüdükcə ümidlər kiçilib. Amma əvvəllər belə deyildi. Kiçik insanların böyük ümidləri də var idi. Qaraçı uşaqları kimi biz də standartlığa öyrəşmişik. Çünki onlar da bir məqsədlə yaşayır. Biz isə bir şey üçün yaşayırıq – ölməmək üçün hər gün ölümə bir addım gedirik. Böyüdükcə dərk edirik. Dərk etdikcə isə dünya əzilir gözümüzün önündə. Ən son da isə yaxşı nələrisə etməyə qərar verdiyimizdə bir də gözümüzü açırıq ki, hardasa qaranlıq, dar, soyuq bir yerdəyik. Bu yer o qədər kiçikdir ki, o yan-bu yana çevrilə də bilmirik. Və yanımızda heç kim yoxdu…
 Nənəmin dünyası çox fərqli idi. Hərdən nənəm deyərdi: “Ay bala, kişi tez öldü getdi. Qaldım altı yetimlə 28 yaşımda dul. Səhərlər bazara qatıq, süd, əkdiyim göy-göyərtini aparıb satır, uşaqları dolandırırdım…
 Hər gün peçin (sobanın) hisini üzümə çəkirdim ki, yad kişilər üzümə baxmasın.”
 İndi isə belə şeylərə gülürlər…”
 Nə isə, qayıdım mətləbə – ACİZ KİŞİNİN SONSUZ QADININA! Təsəvvür edin – kişilərin acizliyi, hətta qadınların nəslini azaldır. Əsil qadınlar azalır, onların yerinə “makina” tipli qadın cildində olan məxluqlar gəlir. Bu “qadın”lar asanlıqla yalan danışır, asanlıqla xəyanət edir, asanlıqla bir neçə dəfə rəsmi və ya qeyri-rəsmi ərə gedirlər. Bunların çoxu ana olan zaman dünyaya bir İNSAN gətirdiklərinin fərqinə varmırlar. Ya onları da özləri kimi yetişdirir, ya da ora-bura atırlar…
 Bu gün Uşaq evinə ziyarətə getmişdim. Belə bir qadın sifətli məxluqun dünyaya gətirdiyi yeddi yaşlı İNSAN heç vaxt üzünü görmədiyi “ana”sına yazdığı məktub isə məni xeyli düşündürdü. Məktubda deyilir: ”Ana, mən səni çox istəyirəm. Nolar, həmişə gəlməsən də, heç olmasa şənbə günləri məni apar. Mən səni görmək istəyirəm. Atamı da tanıyırsan? Tanıyırsansa ona da de ki, mən atamı da çox istəyirəm”. Bəli, görəsən, həqiqətən də o qadın sifətli makina bu uşağın atasını tanıyır? Məncə, tanımır. Bəli, baxın bu qadın sifətli “makina” “ana”nı cəhənnəmə daimi qeydiyyata saldırıb, sığortaladan da elə ACİZ KİŞİDİ.
 Ya da ki, evinin xanımı olmağa çalışan, özünü hər addımda kişiyə daha çox sevdirməyə çalışan qadınlar? Bunların da içində sonsuz qadın varmı? Cavabı: Bəli, var! Həm də bu qadınlar bayaqkı “makina” qadınlardan qat-qat çoxdu. Bu qadınların həm fiziki əməyindən, həm mənəvi dünyasından, həm analığından, həm də ki, cismindən sui-istifadə edilir. Ən dəhşətlisi də budur ki, kənardan qazanılan əsəblərini də gətirib bu qadınların üstünə tökürlər. Lap Aygün adlı bir məhbus qadının yaşadıqları kimi. Aygün 18 yaşında ərə getmişdi. 19 yaşında ana olmuşdu. Amma ACİZ KİŞİ olan əri başqa qadın sifətli “makina”lardan əl çəkə bilməmişdi. Hətta iş o yerə gəlmişdi ki, həmin makinaları Aygünün də yaşadığı evə gətirirmiş. Aygünü döyüb zirzəmiyə salıb, özləri isə onun gəlin gəldiyi yataq otağında dincəlirlərmiş. Bir gün isə Aygün son qərarını verdi. Zirzəminin qapısını birtəhər açıb, baltanı götürüb ərini də, onunla dincələn iki qadın sifətli “makina”nı da parça-parça etdi. Sonra isə ACİZ KİŞİDƏN dünyaya gətirdiyi uşağı anasına təhvil verib polisə təslim oldu. Ağır cinayətlər məhkəməsi Aygünə ömürlük həbs – qəti imkan tədbiri gördü. Bəli, Aygün də ACİZ KİŞİNİN SONSUZ QADININA çevrildi. Mən ümumilikdə əxlaqsız qadın anlayışını qəbul etməkdənsə, ACİZ KİŞİNİN SONSUZ QADINI anlayışını qəbul etmək istəyirəm. Çünki əsl kişinin qadını da elə əsl qadın olar…
 



Bu yazı 3507 defa okunmuştur.

FACEBOOK YORUM
Yorum

YAZARIN DİĞER YAZILARI

ÇOK OKUNAN HABERLER
  • BUGÜN
  • BU HAFTA
  • BU AY
775 Okunma
753 Okunma
726 Okunma
716 Okunma
627 Okunma
620 Okunma
599 Okunma
599 Okunma
595 Okunma
589 Okunma
582 Okunma
577 Okunma
571 Okunma
567 Okunma
559 Okunma
558 Okunma
557 Okunma
548 Okunma
YAZARLAR
FOTO GALERİ
  • Şehit abisi Yarbay'ın terörüe isyanı
    Şehit abisi Yarbay'ın terörüe isyanı
  • Teknoloji harikası binalar
    Teknoloji harikası binalar
  • Paylasmak Güzeldir
    Paylasmak Güzeldir
  • Ana kucağı
    Ana kucağı
  • Bebişler
    Bebişler
  • Yurdum İnsanı
    Yurdum İnsanı
  1. Şehit abisi Yarbay'ın terörüe isyanı
  2. Teknoloji harikası binalar
  3. Paylasmak Güzeldir
  4. Ana kucağı
  5. Bebişler
  6. Yurdum İnsanı
FOTO GALERİ
VİDEO GALERİ
  • Namaz kılmayanın ölürken çekeceği azaplar
    Namaz kılmayanın ölürken çekeceği azaplar
  • Namazın farz olduğuna inanmak
    Namazın farz olduğuna inanmak
  • İnsan dünyada kalıcı değil, yolcudur
      İnsan dünyada kalıcı değil, yolcudur
  • Nasıl yaşarsanız öyle ölürsünüz
    Nasıl yaşarsanız öyle ölürsünüz
  • Şifa ayetleri ve duaları
    Şifa ayetleri ve duaları
  • Günümüzde işlenen bid'atler (Çok mühim)
    Günümüzde işlenen bid'atler (Çok mühim)
  1. Namaz kılmayanın ölürken çekeceği azaplar
  2. Namazın farz olduğuna inanmak
  3. İnsan dünyada kalıcı değil, yolcudur
  4. Nasıl yaşarsanız öyle ölürsünüz
  5. Şifa ayetleri ve duaları
  6. Günümüzde işlenen bid'atler (Çok mühim)
VİDEO GALERİ
YUKARI